AZ

60 illik sirr açıldı: Kimliyi DNT texnologiyası ilə müəyyən edildi

ain.az, Azpost saytına istinadən bildirir.

ABŞ-da 1966-cı ildə uçurumda tapılan və “Marin County Jane Doe” kimi tanınan qadının kimliyi 60 il sonra DNT texnologiyası vasitəsilə müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, Kaliforniya ştatının Tiburon bölgəsində aşkar edilən qadının Tazmaniyadan olan Doroti Cin Vayankur olduğu bildirilib.

Şerif ofisinin sözçüsü Adam Şermerhorn bildirib: “20 il əvvəl bu texnologiya mövcud deyildi. Genetik məlumat bazaları sayəsində artıq naməlum cinayət işlərini həll edə bilirik”.

İstintaqı aparan rəsmilər illərdir kimliyi müəyyən olunmayan işlər üzərində çalışdıqlarını və bu cür texnoloji inkişafların itkin düşən şəxslərin ailələrinə cavab tapmaqda mühüm rol oynadığını vurğulayıblar.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
azpost.info

1Mənbələr