AZ

ABŞ şirkəti Ukraynaya süni intellektlə təchiz olunmuş dron sistemləri göndərəcək

​BAKI, 27 iyul. TELEQRAF

Amerika-Almaniya birgə proqram təminatı şirkəti olan "Auterion" cari ilin sonunadək Ukraynaya 33 min ədəd süni intellektlə təchiz olunmuş zərbə dron sistemi tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Şirkətin bu qərarı təxminən 50 milyon dollar dəyərində Pentaqonla bağladığı müqavilədən sonra qəbul edilib.

"Auterion"un baş direktoru Lorens Mayerin sözlərinə görə, bu müqavilə ABŞ-nin Ukraynaya təhlükəsizlik sahəsində göstərdiyi yardım proqramının bir hissəsidir, lakin Ukrayna və ABŞ prezidentləri arasında müzakirə olunan “silahlarla bağlı mega saziş"lə əlaqəli deyil.

Qeyd edək ki, "Auterion"un proqram təminatı artıq Ukraynanın bəzi döyüş dronlarında istifadə olunur, lakin Mayer bildirir ki, bu yeni partiya əvvəlki tədarüklərlə müqayisədə daha irimiqyaslı olacaq.

Seçilən
15
teleqraf.com

1Mənbələr