İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıqlama verib.
“Cebheinfo.az” bu barədə “Sepah Pasdaran”-nın “Telegram” kanalına istinadən yazır.
Kanalın vurğuladığı kimi, Zəngəzur dəhlizi layihəsi İran və Rusiyanı mühasirəyə alan tələdir:
“Onun sözlərinə görə, bu layihə əslində regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqın rifahına yönəlməyib, əksinə, İranı, Rusiyanı, Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaq məqsədi ilə planlaşdırılıb.
Vilayəti dolayısı ilə xəbərdarlıq edib ki, Tehran bu təhlükəyə təkcə sözlə deyil, həm də əməli ilə cavab verir:
•İran öz “qırmızı xəttini” nümayiş etdirərək sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirib.
•Passiv və müşahidəçi siyasət erası bitdi - İran indi qabaqlayıcı və aktiv strategiya yürüdür.
“Bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”.
Göründüyü kimi, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyib, bölgə və dünya üçün əhəmiyyətli olan layihəyə qarşı çıxır.