GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kremlin mətbuat katibi Dmitri Peskov və Rusiya prezidentinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Buna səbəb Ukrayna pilotsuz təyyarələrinin hücumlarına görə Sankt-Peterburqun Pulkovo hava limanındakı məhdudiyyətlər olub”, – deyə bildirilib.
Qeyd edək ki, bu gün Sankt-Peterburqun Pulkovo hava limanında 100-ə yaxın reys təxirə salınıb. Buna səbəb təyyarələrin yola salınması və gəlişinə qoyulan məhdudiyyətlərdir.
Xatırladaq ki, iyulun 27-nə keçən gecə Rusiyanın Bryansk, Smolensk, Kaluqa, Volqoqrad, Rostov vilayətləri və digər bölgələri hücuma məruz qalıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.