
ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına verdiyi müsahibədə ABŞ-ın vitse-prezidenti Cey Di Vensi 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından “əla namizəd” adlandırıb.“Düşünürəm ki, Cey Di Vens əla namizəd olardı”, – deyə Rubio gələcək prezident seçkiləri ilə bağlı planları haqda suala cavab verərkən bildirib.May ayında hazırkı ABŞ prezidenti Donald Trampın oğlu – Donald Tramp kiçiyin 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd ola biləcəyi xəbəri yayılmışdı.Ehtimal olunan digər namizədlər sırasında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, daxili təhlükəsizlik naziri Kristi Noem və üç qubernator – Ron DeSantis (Florida), Glenn Yankin (Virciniya) və Brian Kemp (Corciya) də yer alır.Ulusum.az
Diqqət Çəkənlər
Sumqayıt yolunda faciə – Yaralılar var
“Heç kimdən qaçmadım” – Maksvelin etirafları ABŞ-da səs-küy yaradıb
Azərbaycan poeziyası Venesuelada səsləndi