"Bavariya" Luis Dias üçün "Liverpul"la apardığı danışıqları irəlilədib.
Offsideplus.az xəbər verir ki, Münhen klubu 69 milyon funt-sterlinqə bu transferi bitirməyə yaxındır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Bavariya" daha əvvəl L. Diasla şəxsi məsələlərdə razılığa gəlmişdi. Onunla uzunmüddətli müqavilə imzalanacaq.
Dias "Liverpul" karyerasında 148 oyunda 41 qol vurmağı bacarıb.