AZ

Tayland Kamboca ilə atəşkəsə razılaşıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Tayland Kamboca tərəfindən səmimi niyyət görmək istəyir"

Taylandın Baş naziri vəzifəsini icra edən, Baş nazirin müavini və daxili işlər naziri Pxuntxam Veçayçay bir şərtlə Kamboca ilə atəşkəs əldə etmək barədə razılığa gəldiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Mən ABŞ Prezidenti Donald Trampla söhbət etdim. O Tayland və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb etdi. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, ümumilikdə, Tayland atəşkəsə razıdır. Bununla belə, Tayland Kamboca tərəfindən səmimi niyyət görmək istəyir", - nazir qeyd edib.

Veçayçay Amerika lidüerinin atəşkəs və sonradan münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün ikitərəfli dialoq təşkil etməyi xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
ayna.az

1Mənbələr