AZ

İstidən bezənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu tarixlərə DİQQƏT

Türkiyədə Meteoroloji qurumlardan verilən rəsmi açıqlamaya görə, 27 iyul Bazar günündən etibarən havalar daha da qızışacaq.

İSTİLƏR NORMADAN YÜKSƏK OLACAQ

Mütəxəssislər bildirir ki, artıq normadan yuxarı olan temperatur daha da artacaq. Bölgələr üzrə istilərin artımı belə olacaq:

Sahil ərazilərində: 3-6 dərəcə

Cənub-Şərqi və Şərqi Anadolunun şərqində: 4-8 dərəcə

Marmara, Daxili Egey, Mərkəzi Anadolu, Şərqi Anadolunun qərbi və Qara dəniz bölgəsinin daxili hissələrində: 7-12 dərəcə normadan artıq olacaq.

BU SAATLƏRƏ DİQQƏT: 11:00 – 16:00

Ən təhlükəli saatlar 11:00-dan 16:00-a qədər olan vaxtdır. Bu saatlarda çölə çıxmamaq tövsiyə olunur. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar diqqətli olmalıdır.

 İSTİLƏR NƏ VAXT AZALACAQ?

Meteorologiya bu suala da cavab verib:

Qərb bölgələrində: 30 iyul Çərşənbə günündən etibarən

Şərq bölgələrində: 2 avqust Şənbə günündən etibarən havalar sərinləməyə başlayacaq.

 

Seçilən
30
bakuinfo.net

1Mənbələr