AZ

70 il sonra tarix dəyişir: Avstriya neytrallıqdan imtina etməyə hazırlaşır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avstriya neytral statusundan imtina etmək və NATO-ya daxil olmaq imkanını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində bildirib.

"Aydındır ki, təkcə neytrallıq bizim təhlükəsizliyimizi təmin edə bilməz", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu qərarın əsas səbəbləri dünyada artan qeyri-sabitlik və Rusiyanın aqressiv davranışlarıdır.

Xarici işlər naziri hesab edir ki, ölkənin müdafiəsinə zəmanət verə biləcək yeganə yol müdafiəyə sərmayələrin artırılması və beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.

Qeyd edək ki, Avstriya 1955-ci ildə daimi neytrallıq statusunu qəbul edib. Bu prinsip ölkənin konstitusiyasında da təsbit olunub. Lakin buna baxmayaraq, Avstriya zaman-zaman NATO ilə müxtəlif əməkdaşlıq proqramlarında iştirak edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
6
oxu.az

7Mənbələr