Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubu İtaliyanın nəhəng klublarından olan "Roma" ilə yoldaşlıq görüşündə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, oyun "Roma"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ikinci hissəsinə dəyişikliklə başlayan "Kayzerslautern" baş məşqçisi 46-cı dəqiqədə 7 futbolçunu əvəzləyib. Meydana daxil olanlar arasında Mahir Emreli də olub.