AZ

"Əl-Nəsr" portuqaliyalının transferi ilə bağlı "Çelsi" ilə razılığa gəlib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçu Joau Feliksin transferi ilə bağlı “Çelsi” ilə razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, transferin ilkin məbləği 30 milyon avro təşkil edəcək, lakin bonuslarla birlikdə bu rəqəm 50 milyon avroya qədər arta bilər. 25 yaşlı futbolçuya tibbi müayinədən keçmək üçün icazə verilib və daha sonra o, “Əl-Nəsr”in heyətinə qoşulacaq.

Qeyd edək ki, portuqaliyalı 2024-cü ilin yayında Madrid “Atletiko”sundan “Çelsi”yə transfer olunmuşdu. Ötən mövsümün ikinci yarısını isə icarə əsasında İtaliyanın “Milan” klubunda keçirib. Onun London təmsilçisi ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, hücumçunun hazırkı bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
17
90deqiqe.az

1Mənbələr