Madridin “Real” klubunda beş futbolçunun gələcəyi hazırda qeyri-müəyyən olaraq qalır.
90deqiqe.Az “AS”a istinadən xəbər verir ki, “kral klubu” yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır, lakin bu addımı yalnız ən azı bir oyunçunun satışından sonra atacaq.
Mənbənin məlumatına görə, “Real Madrid” Rodriqo Qoes (cinah hücumçusu), Ferlan Mendi və David Alaba (hər iki müdafiəçi) üçün daxil olacaq təklifləri nəzərdən keçirməyə hazırdır.
Bundan əlavə, klub yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Endrikin gələcəyi ilə bağlı da qeyri-müəyyənlik yaşayır. Xüsusilə vurğulanır ki, braziliyalı gənc forvard Endrikin yeni mövsümdə oyun vaxtı azalacaq. Bu isə baş məşqçi Xabi Alonsonun əsasən Kilian Mbappe və Qonsalo Torresə güvənməsi ilə əlaqədardır.