Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması hazırda Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib Çin milli komandasıdır. Qarşılaşma saat 16:00-da start götürüb.
Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.