
Türkiyədə meşə və kənd yanğınları ilə bağlı aparılan araşdırmalar nəticəsində 33 vilayətdə 97 nəfər barəsində hüquqi tədbirlər görülüb. Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.Onun sözlərinə görə, şübhəlilərdən 21-i həbs olunub, 47-si barədə isə məhkəmə nəzarəti qərarı çıxarılıb.Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı da bildirib ki, ölkə üzrə ümumilikdə 76 yanğın qeydə alınıb: bunlardan 28-i meşə sahələrində, 48-i isə kənd yaşayış ərazilərində baş verib. Hazırda yanğınların söndürülməsi və səbəblərinin araşdırılması istiqamətində işlər davam edir.Ulusum.az
Diqqət Çəkənlər
Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı
Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı
Azərbaycan poeziyası Venesuelada səsləndi