AZ

Luis Dias "Liverpul"dan "Bavariya"ya keçməyə yaxındır

Kolumbiyalı cinah hücumçusu Luis Dias yaxın zamanda "Liverpul"u tərk edərək karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “ Sky Sports”a istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçunun “Bavariya”ya transferi ilə bağlı klublar artıq irəliləmiş danışıqlar mərhələsindədir.

Mənbənin verdiyi məlumata əsasən, “Liverpul” ulduz oyunçusunun transferi üçün Münhen klubuna təxminən 80 milyon avro qiymət təklif edib. Hazırda tərəflər transfer paketinin son detalları üzərində danışıqlar aparır.

Luis Dias “Liverpul”a 2022-ci ilin yanvar ayının sonunda Portuqaliyanın “Portu” klubundan keçib. O vaxtdan bəri o, mersisayd təmsilçisinin heyətində 148 rəsmi oyunda meydana çıxıb, 41 qol vurub və 23 məhsuldar ötürmə edib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr