Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, milli komandamız Çinə 18:12 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə rəqibimiz "Rapid" - "Pekin" qarşılaşmasının qalibi olacaq.
Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.