AZ

Yaponiyada dronlar AES-in qapalı hava məkanına daxil olublar

Yaponiyada naməlum üç pilotsuz uçuş aparatı "Genkay" Atom Elektrik Stansiyasının (AES) üzərindəki qapalı hava məkanına daxil olub.

Avtosfer.az bu barədə "Kyodo" agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, dronlar stansiyaya heç bir ziyan vurmayıb və obyekt fəaliyyətini adi rejimdə davam etdirir.

Qeyd edək ki, Yaponiyada xüsusi icazə olmadan mühüm infrastruktur obyektlərinin, o cümlədən atom elektrik stansiyalarının üzərində pilotsuz uçuş aparatlarının uçması qadağandır.

Hadisə ilə bağlı polis naməlum dronların kimə məxsus olduğunu müəyyənləşdirməyə çalışır.

Seçilən
69
avtosfer.az

1Mənbələr