BAKI, 27 iyul. TELEQRAF
ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Venesuela prezidenti Nikolas Maduro narkokartelə rəhbərlik edir.
Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Maduro ‘Los Soles’ kartelinin rəhbəridir – ölkəni ələ keçirmiş narkoterror təşkilatının başçısıdır. O, ABŞ-a narkotik maddələrin tədarükündə ittiham olunur”, – deyə Rubio qeyd edib.
Qeyd edək ki, ABŞ-ın əvvəlki administrasiyası – prezident Co Baydenin rəhbərliyi ilə – 2024-cü il iyulun 28-də keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayıb. Həmin seçkilərdə Maduro qalib elan edilmişdi. Vaşinqton isə onun əsas rəqibi, müxalifətçi Edmundo Qonsalesi Venesuelanın qanuni seçilmiş prezidenti kimi tanıyıb.
Maduronun 2025-ci il yanvarın 10-da vəzifəyə başlamasından öncə Bayden Qonsaleslə görüş keçirərək onu ölkənin seçilmiş prezidenti adlandırmışdı.