AZ

İngiltərədən İtaliyaya üz tutdu

“Roma” sıralarına yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Brayton”dan Evan Ferqyusonu icarəyə götürüb.

20 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. Ferqyuson “Roma”da “11” nömrəli formanı geyəcək.

Evan “Brayton”da 2022-ci ilin noyabrında debüt edib. O, bu ilin fevral ayından mövsümün sonuna qədər icarə əsasında “Vest Hem”də oynayıb.

Seçilən
45
1
football-plus.az

2Mənbələr