AZ

Xavi ilə bağlı Hindistana saxta məktub göndəriblərmiş

Hindistan Futbol Federasiyası Xavi və ya Xosep Qvardiolanı baş məşqçi təyin etməyi düşünmədiklərini bildirib.

Publika.az xəbər verir ki, bu barədə ESPN yerli futbol assosiasiyasının bəyanatına istinadən məlumat yayıb.

“AIFF Xavi və Xosep Qvardioladan elektron ərizələr alıb. Bu məktubların həqiqiliyi təsdiqlənməyib və sonradan onların saxta olduğunu bildik”, – deyə məlumatda qeyd olunub.

2024-cü ilin iyununda Hindistan millisi İqor Stimakı istefaya göndərib və Manolo Markesi təyin edib. O da bu ay vəzifəsini tərk edərək “Goa”nı çalışdıracaq.

Seçilən
42
publika.az

1Mənbələr