AZ

Vanya Milinkoviç-Saviç “Napoli”də

İtaliyanın “Torino” klubunun serbiyalı qapıçısı Vanya Milinkoviç-Saviç bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

“Napoli” 26 yaşlı qolkiperi 1 illik icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə futbolçunun gələn yay satınalma şərti də var.

Vanya Milinkoviç-Saviç 2017-ci ildə “Lexiya”dan 2,6 milyon avro müqabilində “Torino”ya transfer olunub. Onun Turin klubu ilə də müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. Vanya “Torino”nun heyətində 158 oyun keçirib, 163 qol buraxıb, 52 matçda qapısını toxunulmaz saxlayıb. Turinlilər onu əvvəlki mövsümlərdə SPAL, “Askoli”, “Standard” kimi klublara da icarəyə veriblər.

Serbiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında da oynamış Saviç əsas millidə 19 oyun keçirib.

Seçilən
51
arena.az

1Mənbələr