AZ

Kino səhnəsi deyil, Bursadır... - Video

Türkiyənin Bursa vilayətində meşə yanğınları baş verir.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, yanğınlar daha çox Gürsu və Kestel rayonlarında qeydə alınıb.

Yanğınlara 3 helikopter və 3 yanğınsöndürmə təyyarəsi ilə havadan müdaxilə davam edir.

Hadisənin hansı səbəblərdən baş verdiyi hələ məlum deyil. 

Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Görüntüləri təqdim edirik:




Seçilən
78
1
qafqazinfo.az

4Mənbələr