Rusiya ordusu yaxın vaxtlarda Ukraynada böyük hücuma keçəcək.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.
Kəşfiyyatın məlumatına görə, Şimali Koreya Rusiyaya dəstək vermək üçün xüsusi hərbi əməliyyatın keçirildiyi əraziyə göndəriləcək yeni bölmələr formalaşdırmağa başlayıb.
Bildiirlib ki, Pxenyan Moskvanı silah və sursatla təmin etməkdə davam edir və bunun müqabilində texnologiya və texniki məsləhətlər alır.