AZ

Farid Alfa-Ruprext rəsmən “Bayer”də

“Mançester Siti”nin almaniyalı sağ vingeri Farid Alfa-Ruprext bundan sonra Leverkuzen “Bayer”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Bayer” bu transfer üçün cəmi 1,3 milyon avro xərcləyib. 19 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

“Mançester Siti”dən Farid Alfa-Ruprext Leverkuzen təmsilçisinə keçib. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Farid Alfa-Ruprext “Hamburq”un yetirməsidir. Almaniyalı futbolçu 2022-ci ildə “Hamburq”dan “Mançester Siti”yə keçmişdi. O, “şəhərlilər”in U-21 komandasında çıxış edirdi.

Əslən Qanadan olan almaniyalı futbolçu ölkəsinin U-16, U-17 və U-18 yığmalarında forma geyinib.

Seçilən
34
arena.az

1Mənbələr