Trampın İlham Əliyevlə bağlı paylaşımı Azərbaycanın strateji əhəmiyyətinə işarədir.
Operativ Media xəbər verir ki, bu barədə Jerusalem Postunda paylaşım edilib.
Məqalədə bildirilir ki, Azərbaycan İsrail və Türkiyə ilə münasibətləri balanslı şəkildə saxlayaraq, bu iki ölkə arasında gərginliyin azaldılması üçün vasitəçi rolunu yerinə yetirib.
Həmçinin qeyd olunur ki, Simon Vizental Mərkəzinin təsisçisi Ravvin Marvin Hier Trampa müraciət edərək, Azərbaycanı – yəhudi xalqına həm sözlə, həm də əməli şəkildə dostluq göstərən ölkəni – İbrahim Sazişlərinə şərtsiz daxil etməyə çağırıb.