AZ

Ursula Fon der Lyayen: “Ukrayna Avropa yolunda irəliləyir, dəstəyimiz davam edəcək”

​BAKI, 27 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ursula Fon der Lyayen "X" hesabında paylaşım edib.

O qeyd edib ki, Ukrayna Avropa yolunda artıq çox şeyə nail olub.

“Bu möhkəm təməl üzərində qurmalı və hüququn aliliyinin əsas dayaqları olan müstəqil antikorrupsiya qurumlarını qoruyub saxlamalıdır.

Ukrayna, Avropa yolunda irəliləyişə nail olmaq üçün bizim dəstəyimizə arxalana bilər”,- paylaşımda deyilir.

Seçilən
26
teleqraf.com

1Mənbələr