AZ

"Alibaba" dünyanın ən kiçik süni intellektlə işləyən eynəklərini təqdim etdi

BAKI, 27 iyul. TELEQRAF

Çin texnoloji nəhəngi "Alibaba Group" Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında (WAIC) ilk taxıla bilən qadceti olan "Quark AI" ağıllı eynəklərini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Şirkətin süni intellekt üzrə rəsmisinin adını daşıyan cihaz bu ilin sonuna qədər satışa çıxarılacaq.

"Alibaba"nın intellektual terminallar departamentinin rəhbəri Sun Qanqın sözlərinə görə, tərtibatçılar bazarda mövcud analoqların əsas problemlərini həll etməyə çalışırlar: həcmlilik, zəif batareya ömrü və məhdud funksionallıq. Eynəklər eyni anda iki əməliyyat sistemi - Android və RTOS altında işləyir.

"Quark AI"nin əsas üstünlüyü onun "Alibaba" xidmət ekosistemi ilə dərin inteqrasiyası olacaq. İstifadəçilər QR kodları skan etməklə Alipay vasitəsilə alış-veriş haqqını ödəyə, Taobao onlayn mağazasında malların qiymətlərini müqayisə edə, gəzinti və ya velosiped sürərkən Amap xəritəçəkmə xidmətindən naviqasiya məsləhətləri ala biləcəklər.

Seçilən
33
teleqraf.com

1Mənbələr