AZ

Valentin Qomes “Betis”də

Argentinanın “Veles Sarsfild” klubunun mərkəz müdafiəçisi Valentin Qomes bundan sonra “Betis”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

La Liqa təmsilçisi bu keçidi 5,3 milyon avroya rəsmiləşdirib. 22 yaşlı argentinalı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Valentin Qomes “Veles Sarsfild”in öz yetirməsidir. O, Argentina klubunun əsas komandasında 125 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Argentinanın U-20 yığmasında 10 oyun keçirmiş Valentinə sonradan əsas millidə debüt etmək hələ qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
18
arena.az

1Mənbələr