"Liverpul" və "Bavariya" kolumbiyalı futbolçu Luis Diasın transferi ilə bağlı razılıq əldə edib.
Yenisabah.az "Sky Sport Germany"-yə istinadla xəbər verir ki, 28 yaşlı futbolçunun Münxen klubuna keçidi artıq yekunlaşdırılmış sayılır. Onun tibbi müayinəsinin nəticələri gələn həftə bəlli olacaq.
Müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Toyuqlu pizza
"Bavariya" bu transfer üçün "Liverpul"a 75 milyon avro ödəyəcək.
Telegram kanalımız