AZ

Putin Rusiya donanmasının medalı ilə təltif edildi

BAKI, 27 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələri Kollegiyasının “Rusiya Donanmasına sədaqətinə görə” medalı ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb .

“Mükafatı dövlət başçısına prezidentin köməkçisi, Dənizçilik Kollegiyasının sədri Nikolay Patruşev təqdim edib ”, - məlumatda deyilir.

İyulun 27-də Rusiya lideri videokonfrans vasitəsilə Rusiya Hərbi Dəniz Qüvvələrinin “İyul tufanı” adlı təlimləri çərçivəsində manevrlərin gedişatını yoxlayıb. Təlimlərin əsas məqsədi dənizdən hücumu dəf etmək üçün donanmanın hərəkətlərini hərtərəfli məşq etməkdir.

Putin həmçinin qeyd edib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas vəzifəsi ölkənin təhlükəsizliyini təmin etmək, suverenliyini və milli maraqlarını etibarlı şəkildə qorumaqdır.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr