AZ

Qarğıdalı idxalı 38% azalıb

Bu ilin ilk altı ayında  Azərbaycana 36 min 853.85 ton dəyərində qarğıdalı idxal olunub. 

Valyuta.az xəbər verir ki, idxal prosesi 13 milyon 940.79 min ABŞ dolları hesabına başa gəlib. Ümumilikdə isə idxal etdiyimiz mallar arasında qarğıdalı ümumi idxalın 0.12%-ni tutub. 

Ötən ilin eyni dövründə isə qarğıdalı idxalı 59 min 482.50 ton təşkil edib. Bu idxal üçün 18 milyon 596.24 min ABŞ dolları ödənilib. 

İllik müqayisə üçün bildirək ki, qarğıdalı idxalında 22 628.65 ton azalma müşahidə olunub, bu da idxalda 38,03% azalma deməkdir.

Qarğıdalı idxalında statistik dəyər üzrə göstəricidədə azalma olub. Belə ki, 25.03% və ya 4 milyon 655.45 min ABŞ dollar dəyərində azalma olub.

Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında qarğldalı idxalı ümumi idxalın 0,21%-ni təşkil edib. Beləliklə, bu məhsul üzrə ümumi idxalda da 0,09% azalma qeydə alınıb.

Mayya Hüseynova 

Seçilən
49
1
valyuta.az

2Mənbələr