AZ

"Flamenqo" "Milan"dan onu transfer etdi

style='margin-bottom:10px;'>

“Flamenqo” “Milan”ın futbolçusu Emersonu transfer edib. 

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalanıb. Sözləşmədə bir illik uzadılma imkanı da yer alıb.

Qeyd edək ki, bundan əvvəl braziliyalı futbolçunun icarə əsasında “Beşiktaş”a keçəcəyi gözlənilirdi. Lakin “Flamenqo” son anda danışıqlara qoşularaq oyunçunun transferini reallaşdırıb. Transferin maliyyə dəyəri 9 milyon avro olaraq göstərilir.

Seçilən
27
teleqraf.com

1Mənbələr