AZ

Ərdoğandan meşə yanğınları ilə bağlı açıqlama...

Yay mövsümünün əvvəlindən bəri ölkədə baş verən 3 min 62 meşə yanğını tamamilə söndürülüb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı son vəziyyət barədə danışarkən deyib.

“Hazırda 27 təyyarə, 105 helikopter, 6 minə yaxın quru texnikası, 25 min meşə təsərrüfatı işçisi və 132 min könüllü ilə tam hazır vəziyyətdəyik”, - Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi başda olmaqla bütün aidiyyəti qurumlar Fövqəladə Hallar İdarəsinin (AFAD) koordinasiyası ilə fəaliyyətlərini fasiləsiz davam etdirir.

Seçilən
31
axar.az

1Mənbələr