Bu gün “Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirməli idi.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Asteras” klubu ilə qarşılaşmalı idi.
Lakin Keltse şəhərindəki “Pilkarski” stadionunda baş tutmalı olan oyun güclü leysan səbəbindən ləğv edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Neftçi” daha əvvəl İsrailin “Hapoel” (Təl-Əviv) (1:1) və Polşanın “Termalika” (2:2) komandaları ilə heç-heçə edib.
Vüsal Məsimov “Karvan”da
Adil Şükürov: “Birlikdə daha çox çalışmalıyıq”
Bahadur Həziyev yenidən “Səbail”də
“Karvan”dan yeni transfer
“Şamaxı” “Kəpəz”i darmadağın edib