2025-ci ildə keçirilən güləş üzrə Avropa çempionatları milli komandalarımız üçün uğurlu olub. 

Offsideplus.az xəbər verir ki, 4 yaş qrupu üzrə keçirilən qitə birinciliklərində 6 komandamız Avropa çempionu olub. 

Belə ki, sərbəst güləş və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komandalarımız, sərbəst güləş üzrə U-23, U-17, U-15 yığmalarımız və yunan-Roma güləşi üzrə 15 yaşadək güləşçilərimiz qitə birincisi olub. 

Qeyd edək ki, ümumilikdə 10 komandamız ilk "3-lük"də yer alıb.