AZ

Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri başa çatdı - FOTOLAR

BAKI, 27 iyul. TELEQRAF

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Bakı Avropa Cüdo Ümidləri Turniri başa çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın sonuncu günündə daha 16 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən ikigünlük beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparıb.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir çərçivəsində Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı Kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Kazuhiko Tokunonun rəhbərliyi ilə texniki sessiyalar da baş tutub.

Sonuncu yarış gününün qalib və mükafatçılarını təqdim edirik:

U-13 yaş kateqoriyası

Oğlanlar

-30 kq
1. Mehdi Əlişov
2. Yunis Məmmədli
3. Bəhman Xəlilov
3. Nihad Mustafayev

-34 kq
1. Ramal Məmmədov
2. Hacımurad Mustafazadə
3. Zadir Rzalı
3. Firudin Şərifzadə

-38 kq
1. Yusif Səmədzadə
2. Rahib İbadov
3. Hüseyn Nağıyev
3. Əli Əliyev

-42 kq
1. Əli Qurbanlı
2. Fəxrim Məhərrəmov
3. Sənan Mirzəzadə
3. Mikayıl Xələfov

Qızlar

-32 kq
1. Gülay Ağayeva
2. Aliyə Qulubəyova

-36 kq
1. Mehparə Həsrətzadə
2. Gülşən İmanova
3. Ayan Əliyeva

-40 kq
1. Nərgiz Fərzəliyeva
2. Ayla Məmmədli
3. Zeynəb İsgəndərli
3. Aydan Şahbazova

U-15 yaş kateqoriyası

Oğlanlar

-55 kq
1. Rəhim Əliyev
2. Büsat Şahmurov
3. Yusif Qurbanov
3. Ayxan Abbaszadə

-60 kq
1. Fərhad Quliyev
2. Murad Nəzərzadə
3. Nuru Sadıqzadə
3. Aqşin Bayramov

-66 kq
1. Hüseyn Hüseynov
2. Moritz Şmidt (Almaniya)
3. İman Mösümov
3. Araz Vəliyev

-73 kq
1. Məhəmmədəli Mehdi
2. Tuncay Ağazadə
3. Davud Bayramov
3. Əli Qulamlı

+73 kq
1. Arian Markoviç (Xorvatiya)
2. Camal Bünyatov
3. Sabir Bərxudarlı
3. Baxış Əhmədov

Qızlar

-57 kq
1. Zöhrə Ağazadə
2. Əfsanə Salmanlı
3. Arzu İmanzadə

-63 kq
1. Türkan Məmmədli
2. Əsnat Mehdiyeva
3. Zümrüd Əliyeva
3. Qönçə Məmmədli

-70 kq
1. Aidə Manaflı
2. Əsnad İlyasov

+70 kq
1. Aisə Jestikina

Seçilən
65
5
teleqraf.com

6Mənbələr