Boşanmaların hamısı ailədaxili münaqişə nəticəsində baş vermir. Hər ayrılıq ər-arvadın yola getməməsi ilə əlaqəli deyil.
Bəzi ailələr ipoteka krediti almaq üçün rəsmi nikahlarını pozur. Səbəb isə kredit üçün ailənin gəlirinin daha çox göstərilməsi və ipoteka müraciəti zamanı müsbət cavab almaq istəməsi ilə bağlıdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak eskperti Elnur Fərzəliyev deyib.
O əlavə edib ki, buna bənzər hallar borcu olan ailələrdə baş verir. Bəzən borcun geri ödənilməsi zamanı əmlakın müsadirə olunmaması üçün ər evi arvadın adına keçirir, süni boşanma ilə borcdan qaçmağa çalışırlar. Anoloji hadisə Bakıdakı söküntü zonalarında evlər sökülən ərəfələrdə də baş verə bilir.
Elnur Fərzəliyev deyib ki, bu və ya digər səbəblər praktiki olaraq daim istifadə edilir. Bu isə boşanmaların sayının artmasına təsir edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.