Fransanın “Olimpik” (Lion) klubunun 27 yaşlı braziliyalı qapıçısı Lukas Perri bundan sonra “Lids”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Lids”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid İngiltərə klubuna 16 milyon avro məbləğ müqabilində başa gəlib.
Lukas Perri “San Paulo”nun məzunudur. Qapıçı, karyerası ərsində “Kristal Pelas” (icarə), “Nautiko” (icarə), “Botafoqo” və Lion “Olimpik”ində oynayıb.
Geridə qalmış mövsümdə Perri “Olimpik” üçün 45 oyuna çıxıb, 60 qol “yeyib”, 13 oyundan isə “quru” qurtulub.
Perri Braziliya milli komandasına cəlb edilsə də, debüt imkanı qazanmayıb.
Perrinin qənimətlər muzeyində “San Paulo” ilə qazandığı Pauilista çempionluğu (2020/2021) və “Botafoqo” ilə qazandığı Rio Camı (2022/2023) var.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı qapıçının transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
