İngiltərənin “Arsenal” klubu yeni transferi Viktor Qyökereşi rəsmi olaraq təqdim edib.
90deqiqe.Az xəbər verir ki, isveçli hücumçu hazırda Sinqapurda keçirilən və “Nyukasl”a qarşı baş tutan yoldaşlıq görüşü öncəsində azarkeşlərə tanıdılıb.
“Topçular” Qyökereşin transferini iyulun 26-da açıqlayıblar. Daha əvvəl mediada yayılan məlumatlara görə, “Arsenal” 27 yaşlı futbolçunun keçidi üçün Portuqaliyanın “Sportinq” klubuna 63,5 milyon avro ödəyib.
Qyökereş London klubunda 14 nömrəli formanı geyinəcək. Bu nömrə vaxtilə “Arsenal”ın əfsanəvi hücumçusu Tyerri Anriyə məxsus olub (1999/2000 – 2006/2007 mövsümləri arasında).
Qeyd edək ki, Qyökereş ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.