AZ

Tomas Müller MLS yolunda

Almaniyanın “Bavariya” klubunun sabiq hücumçusu Tomas Müller karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, MLS liqasında çıxış edən “Vankuver Uaytkaps” klubu 35 yaşlı futbolçu ilə  danışıqlar aparır. 

Təcrübəli futbolçunun xidmətində “Sinsinnati” klubu da maraqlıdır. Lakin hazırkı mərhələdə “Vankuver Uaytkaps” Müllerin yeni klubu olmaq baxımından əsas namizəd kimi qiymətləndirilir.

Tomas Müller 2025-ci ilin yayında Klublararası Dünya Çempionatından sonra “Bavariya”dan ayrılıb. Münhen təmsilçisinin heyətində 756 oyuna çıxan futbolçu 250 qol vurub, 276 məhsuldar ötürmə edib.

Müller “Bavariya” ilə birlikdə ümumilikdə 33 kubok qazanıb, o cümlədən iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Almaniya millisinin heyətində isə 2014-cü ildə dünya çempionu tituluna sahib çıxıb.

Seçilən
43
90deqiqe.az

1Mənbələr