AZ

Arvadından boşandı, bir ay sonra PİVƏDƏN ÖLDÜ

Taylandda bir kişi yalnız pivə ilə yaşadıqdan sonra bir ay sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Ağır boşanma prosesi keçirən Tavisak Namvonqsa, Rayonq vilayətində 16 yaşlı oğlu ilə birlikdə yaşayıb. Oğlunun yemək hazırlayıb ona təklif etməsinə baxmayaraq, kişi güclü stress vəziyyətində olduğu üçün yalnız pivə içib.

Məktəbdən qayıdan oğul atasının qıcolma tutması keçirdiyi görüb. Hadisə yerinə gələn xilasedicilər yataq otağında döşəməni tamamilə örtən, hərəkət üçün yalnız dar bir cığır buraxan 100-dən çox boş pivə şüşəsi aşkar ediblər.

Seçilən
14
1
publika.az

2Mənbələr