AZ

Abbas Əraqçi İsraili ona qarşı sui-qəsd cəhdi hazırlamaqda ittiham etdi

BAKI, 27 iyul. TELEQRAF

İsrail İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı sui-qəsd hazırlayırmış.

Teleqraf xəbər verir ki, diplomat özü bu ittihamla çıxış edib.

XİN rəhbərinin sözlərinə görə, sui-qəsd hazırlığı zamanı yaşadığı evlə üzbəüz evə partlayıcı maddə qoyulub. Nazir İsrailin iyul ayında bu istiqamətdə çalışdığını söyləyib.

“Yaşadığımız ərazidə, üzbəüz evə partlayıcı maddə qoyulmuşdu”, - Əraqçi bildirib.

Seçilən
26
teleqraf.com

1Mənbələr