İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu cəlb edib.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyasının nəhəngi İngiltərənin “Brayton” klubundan müdafiəçi Pervis Estupinyanın transferini rəsmiləşdirib.
Ekvador milli komandasının üzvü ilə 2030-cu ilə qədər müddəti əhatə edən müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.