BAFTA qalibi Maykl Uord iki zorlama və üç cinsi təcavüzdə ittiham olunur.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. İddialara görə, aktyor bu cinayəti 2023-cü ilin yanvarında bir qadına qarşı törədib.
Polis bildirib ki, Maykl avqustun 28-də Temza Sülh Məhkəməsində hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Maykl "Qaranlıq tarix" və "Eddinqton" filmlərinin ulduzudur.