AZ

Arne Slot: “Liverpul”un transfer siyasətindən məmnunam”

“Liveprul”un baş məşqçisi Arne Slot mövsümlərarası fasilədə “qırmızılar”ın transfer tədbiri haqqında söhət açıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, 46 yaşlı niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Məncə, mən, malik olduğumuz heyətdən çox razı olduğumu artıq demişəm. Bu, bizik və biz bunu ötən mövsüm heç bir oyunçu satın almadan nümayiş etdirdik. Biz çempionatı qazandıq, ancaq bzim ətrafımızdakı hər yerdə – Premyer Liqada, biz həmçinin Avropada da oynayırıq və orada müvəffəqiyyət qazanmaq istəyirik – bütün bu komandalar öz heyətilərini gücləndirməyə çalışırlar. Ona görə də, əgər biz elə, ötən il etdiyimiz kimi etsək, biz güman ki, yenidən qalib gələ bilmərik.

Ona görə də bizə təkmilləşmək gərəkdir – o oyunçular ki qalıblar, biz isə yeni güc-qüvvə cəlb etməyə çalışmışıq, həmçinin sizin “silah” adlandırdığınızı. Düşünürəm ki, bizim arıtq, satın aldığımız oyunçular bunu, bir neçə müştərək məşqdə və bizim artıq, oynadığımız oyunlarda nümayiş etdiriblər. İndi gəlin, gözləyək, görək, məsələn Uqo Ekitike bunun öhdəsindən necə gələcək. Biz indiyə qədər etdiklərimizdən çox razıyıq ki, ötən mövsüm müqavilə müddətini uzatdığımız oyunçualarımızı qoruyub-saxlaya bildik”, deyə Arne Slot vurğulayıb.

Əlavə edək ki, “Liverpul” cari yay transfer pəncərəsində beş keçidin gerçəkləşdirilməsinə 308,6 milyon avro məbləğində xərc çəkib.

Seçilən
25
arena.az

1Mənbələr