AZ

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşım edib.

Transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonusları nəzərə alsaq, bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin yayında "Atletiko Madrid"dən "Çelsi"yə keçib.
 

Hücumçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Milan"da keçirib. Onun London klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər idi.


Transfermarkt portalına görə, Feliksin dəyəri 20 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
35
2
bizim.media

3Mənbələr