AZ

Neftçalada çimərlikdə antisanitar vəziyyət hökm sürürVİDEO

Neftçala rayonunun Şirvanlı çimərliyi baxımsız vəziyyətdədir, ərazidə antisanitar vəziyyət hökm sürür. Çimərlikdə su qabları, qarpız qabıqları və digər tullantılar mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, hər il isti yay aylarında insanlar bu əraziyə dincəlmək üçün üz tuturlar. Ancaq buradakı vəziyyət heç də ürəkaçan deyil. Sakinlər deyirlər ki, çimərlik ərazisində zibilləri yığmaq üçün qablar yoxdur.

Onlar çimərlik ərazisində səliqə-səhman yaradılmasını, yığılan zibillərin vaxtı-vaxtında daşınmasını istəyirlər.

Neftçala Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən çimərlik ərazisində zibillərin mütəmadi daşınması üçün orada fəaliyyət göstərən obyektlər müvafiq qurumla müqavilə bağlamalıdır.

O da qeyd edilib ki, buna baxmayaraq, çimərlikdə həftədə bir və ya iki dəfə təmizlik işləri görülür. Yaxın günlərdə yenidən təmizlik işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

Seçilən
33
xezerxeber.az

1Mənbələr