AZ

İkardi onun çəkisinə lağ edənlərlə məzələndi

Viktor Osimhenin gəlişindən və ötən mövsümkü ağır zədədən sonra Mauro İkardi hər nə qədər bir qədər arxa planda qalsa da, o hələ də fanatların sevimlisi, eləcə də ''Qalatasaray'' camiəsi üçün önəmli bir isimdi.

"Football-plus.az" xəbər verir ki, ötən mövsümün gedişində aldığı ağır zədədən sonra uzun müddətə sıradan çıxan argentinalı forvard yeni-yeni məşqlərə başlayıb. İkardi ''instaqram''ın hekayə bölümündə son məşqdən şəkillərlə yanaşı onun çəkisinə lağ edənlər üçün də maraqlı bir paylaşım edib.

32 yaşlı futbolçunun zədədən 6 kq artıq çəki ilə qayıtdığı iddia edilmişdi. Elə klubun baş həkimi də son açıqlamasında ''İkardinin çəkisi yavaş-yavaş qaydasına düşür'' deməklə bu futbolçu ilə bağlı iddiaları qismən təsdiqləmişdi. Bu arada İkardi fotoşop ilə özünün kök versiyasını düzəldərək paylaşıb. O, şəkilin üzərində ''7 ay futboldan kənar qaldıqdan sonra məni sevməyənlərin gördüyü'' sözünü yazıb. Bir qədər sonra isə İkardi indiki təbii halını paylaşaraq ora ''reallıq'' ifadəsini əlavə edib.

Ara-sıra bu cür atmacalıpaylaşımları ilə diqqət çəkən tanınmış futbolçunun bu paylaşımı yenə sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Seçilən
43
1
football-plus.az

2Mənbələr