AZ

“Əl-Nəsr” "Mançester Yunayted"in futbolçusu üçün təklif göndərib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən verdiyi məlumata görə, klubun növbəti transfer hədəfi “Mançester Yunayted”in braziliyalı vingeri Antonidir.

“Əl-Nəsr” artıq Antoni üçün rəsmi təklif göndərib.

Təklifin məbləği açıqlanmasa da, futbolçunun bazar dəyəri "Transfermarkt" portalına əsasən 35 milyon avro olaraq qiymətləndirilir.

25 yaşlı Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında İspaniyanın “Betis” klubunda keçirib. Daha əvvəl mediada yayılan məlumatlarda “Əl-Nəsr” rəhbərliyinin Kriştianu Ronaldoya çempionluq uğrunda ciddi mübarizə aparacaq bir komanda qurmağı vəd etdiyi bildirilmişdi. Antoniyə maraq da bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir.

Seçilən
17
90deqiqe.az

1Mənbələr