AZ

3 ingilis klubu onu almaq üçün yarışır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən və Serbiya millisinin hücumçusu olan Aleksandar Mitroviç karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Caught Offside”yə istinadən verdiyi məlumata görə, 29 yaşlı forvarda İngiltərə Premyer Liqasının bir neçə klubu maraq göstərir. Onların arasında “Nyukasl” ön plana çıxır. "Sağsağanlar"ın rəhbərliyi Mitroviçi Aleksandr İsaqa hücum xəttində rəqabət yaratmaq üçün uyğun namizəd hesab edir.

“Əl-Hilal” isə öz hücumçusunu 30 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.

Mitroviçə maraq göstərən digər klublar arasında “Tottenhem” və “Mançester Yunayted”in də adı çəkilir.

Qeyd edək ki, ötən mövsüm Mitroviç “Əl-Hilal”ın heyətində 36 oyunda 28 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın əsas bombardirinə çevrilib.

Seçilən
6
90deqiqe.az

1Mənbələr